Bu insanlar normal, istiqanlı və sevimli görünə bilərlər, ancaq bununla yanaşı bir çox pozuntular da bu insanlarda müşahidə oluna bilir.
Antisosial tip insanları, hiyləgər olaraq tanınan insanları ən yaxşı təmsil edən biri kimi göstərmək olar. Bu insanlar qarşı tərəfi asanlıqla manipulyasiya edə bilən, şöhrət, ün qazanmaq ya da asan yollardan pul qazanmaq üçün başqalarını da öz planlarına daxil etməyə çalışan biriləridir və bu planlar çox hallarda hazırlıqsız bir çöküşə və utanca səbəb ola bilir. Bu İnsanlar çox hallarda doğrunu danışmır,hər hansı bir işi görən zaman dürüst olmur, əxlaqi dəyərlərə qarşı biganəlik bu insanlarda müşahidə olunan əsas özəlliklərdəndir. Təsadüfü cinsəl münasibətlər, içkili avtomobil idarəetmə, yoldaşına, övladına qarşı xoş olmayan münasibət bu insanlar üçün günlük adi normal qəbul olunmuş həyat tərzidir. Əsas məqam isə bunları edərkən peşmanlıq hissinin olmamağıdır, yəni vicdan hissinin əskikliyidir.
Əsas simptomlar:
Antisosial şəxsiyyət pozuntusu olan insanların,qaydalara uygun davranmayan digər insanlardan əsas fərqi, bu uyğunsuz davranışların həyatlarının hər sahəsində olmasıdır.
Psixiatr: Dr. Bəxtiyar Mustafayev - əlaqəyə keç