Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və 01.10.1965-ci ildə tikintisi sona çatdırılaraq istifadəyə verilmişdir. Həmin dövrdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası bu binaya köçürülmüş və 1999-cu ilədək fəaliyyət göstərmişdir. Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə işçisi və təşkilatçısı Məcid Ələsgər oğlu Hacıyev olmuşdur. 300-çarpayılıq bu xəstəxana xüsusi bir kantingentə, o cümlədən yüksək dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə tibbi xidmət göstərərək, xalq arasında `Leçkomissiya` adı ilə məhşurlaşmışdır.