Megapol Sağlamlıq Qrupu, Azərbaycan səhiyyə sektorunda qabaqcıl təcrübələri ilə fərq yaratmaq və sağlamlıqda dünya brendi olmaq, pasiyent məmnuniyyətini ön planda tutmaq, yüksək keyfiyyətli xidmət göstərmək üçün, hörmətli həkim və idarəçi heyəti ilə hədəfinə doğru əmin addımlarla irəliləyir.
Dünya standartlarında keyfiyyətli səhiyyə xidmətlərini Azərbaycana təqdim etməyi qarşısına məqsəd qoyan Megapol Sağlamlıq Qrupu Türkiyənin aparıcı səhiyyə qrupları, həkimləri və səhiyyə menecerləri ilə əməkdaşlıq edərək tibb və səhiyyə xidmətlərində əldə etdiyi bilikləri həyata keçirməyə fokuslanıb.
Bilik və təcrübəsini pasiyentinə yaxın diqqətlə birləşdirən səhiyyə personalı, xəstəyönümlü xidmət yanaşması, keyfiyyətli səhiyyə siyasəti, qabaqcıl tibbi texnologiya ilə təchiz olunmuş diaqnostika-müalicə bölmələri, müasir məkanlar, komfortlu xəstə sahələri və rahatlığı ilə sağlamlığa güvənin ünvanıdır.
Daha əvvəl heç bir şərh yoxdur